Azərbaycan banklarında dollar kəskin şəkildə bahalaşıb

Son günlər manatın ticari məzənnəsi əhəmiyyətli dərəcədə düşüb və banklar valyuta əməliyyatlarını yol verilən ən yüksək marja – 4%-lə həyata keçirirlər.
Belə ki, iyunun 24-də AİB-in rəsmi məzənnəsi 1 UDD=1.5332 AZN təşkil edib (növbəti üç gün məzənnə belə qalacaq), amma kommersiya banklarında dolları daha bahalı – 1.58-1.594 manata almaq mümkün olub. Bu zaman bəzi banklar bir şəxsə 500 dollardan artıq satmayıblar.
Contact.az-ın məlumatına görə, dolların bu qədər kəskin bahalaşması AMB-nin ardıcıl olaraq üç həftədir manatın məzənnəsini azaltması ilə bağlıdır. Digər tərəfdən, Brexit-lə əlaqədar bir çox dünya valyutalarının dollara nisbətdə məzənnəsinin düşməsi də ajiotaja səbəb olub.
Azərbaycan ekspertləri manatın kursunun daha da düşəcəyini və hətta yeni devalvasiya olacağını proqnozlaşdırır. Parlamentin deputatı, baş nazirin keçmiş müavini Vahid Əhmədov dolların 1.7-1.8 manata qədər bahalaşacağını proqnozlaşdırıb