Əfqanıstanda partlayış baş verib, 61 nəfər ölüb

Kabildə nümayiş zamanı 61 nəfər ölüb
Əfqanıstanın paytaxtı Kabildə şiələrin nümayişi zamanı təşkil edilən intihar hücumunda ən az 61 nəfər ölüb.
Reuters agentliyinin xəbərinə görə, terror təşkilatı İŞİD hadisəni öz üzərinə götürüb. Partlayış zamanı 207 nəfərin yaralandığı bildirilir.
Əfqanıstan Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Məhəmməd İsmayıl Kavusi qeyd edib ki, insanlar elektrik xətlərinin tikintisi layihəsinə etiraz edərkən terroristlər üzərlərindəki bombaları partladıblar. Nazirliyin rəsmi nümayəndəsi hər keçən dəqiqə ölü və yaralı sayının arta biləcəyini vurğulayıb.

 

MƏNBƏReuters
Əvvəlki məqaləErmənistanda silahlı qruplaşma bütün əsirləri azad edib
Növbəti məqalədəBaş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərində dəyişiklik edib