Cameron-un yerinə əsas namizədlər: May və Leadsom

İngiltərədə iqtidarda olan Mühafizəkar Partiya sədr seçkilərinə hazırlaşır. 23 iyunda keçirilən Avropa Birliyi referendumundan sonra indiki baş nazir və iqtidar partiyasının lideri David Cameron istefa verəcəyini açıqlamışdı. Partiya liderliyinə seçkilərdə hazırda daxili işlər naziri olan Theresa May favorit hesab olunur. May-ın ən yaxın rəqibi isə enerji naziri Andrea Leadsom görünür.
İngiltərə Parlamentinin aşağı palatası olan İcmalar Palatasında Mühafizəkar Partiyanın deputatlarının səsverməsi ilə dünən namizədlik sayı 5-dən 4-ə düşüb. Sonuncu səsvermədə keçmiş müdafi naziri Liam Fox səsvermədə sonuncu yer tutduğuna görə seçkini dayandırıb. Rəqabəti davam etdirən digər namizədlər isə bunlardır: ədliyyə naziri Michael Gove, əmək və sosial təhlükəsizlik naziri Stephen Crabb.
Theresa May baş nazir olacağı təqdirdə indidək tək qadın baş nazir Margaret Thatcher-dən sonra İngiltərənin ikinci qadın baş naziri olacaq. Bundan əvvəl isə Avropa İttifaqından çıxmağın qatı tərəfdarı olan Boris Jhonson namizədliyini verməyəcəyini bildirmişdi.