Şotlandiya yeni müstəqillik referendumu keçirə bilər

Nicola Sturgeon
Şotlandiyanın birinci naziri Nicola Sturgeon bəyan edib ki, ehtiyac yaranarsa, o gələn ilin əvvəlində müstəqillik referendumu təklifini nəzərdən keçirə bilər.
BBC-ə müsahibəsində nazir qeyd edib ki, Britaniya höküməti Avropa İttifaqından formal çıxış prosesinə start verərsə, bu, baş verə bilər.
O təklif edir ki, Şotlandiya həm Britaniyanın, həm də Aİ-nin tərkibində qalmaq istəyər.
Baş nazir Theresa May bundan əvvəl bildirib ki, Şotlandiya hökümətinin təkliflərinə baxa bilər.
Xanım May həmçinin qeyd edib ki, “Britaniya davranışları və məqsədləri” bəlli olmayanadək o, Aİ-dən çıxma prosesini müəyyənləşdirən 50-ci maddəni həyata keçirməyəcək.
“Düşünürəm ki, Theresa May mən Britaniyanın istiqaməti ilə razılaşana qədər 50-ci maddəni tətbiq etməyəcək? Buna inanmıram. O eyham vurur ki, istəyir. necə ki mən Şotlandiyanın səsverməsinə hörmət edilməsini istəyirəm,” xanım Sturgeon bildirib.
O əlavə edib ki, şotlandlıların istəyi olarsa, gələn ilin əvvəlində referendum təklifini nəzərdən keçirə bilər.

 

MƏNBƏBBC
Əvvəlki məqaləTurqut Qəmbər – Ərdoğanı hərbçilər yox, xalq yola salmalıdır
Növbəti məqalədəDövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb