Hərracda 24 bank 100 milyon dollar alıb

Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank bu gün növbəti hərrac keçirib. DNF-dən verilən xəbərə görə, hərraca 50 mln. ABŞ dolları çıxarılıb.
Mərkəzi Bank da eyni həcmdə – 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb.
Fonddan bildiriblər ki, həmin vəsaitləri 24 bank alıb.
DNF-dən il ərzində hərraclar vasitəsilə valyuta satışının davam etdiriləcəyi bildirilib.