6 ayda Neft Fondunun 2.4 mlrd dolları “əriyib”

Azərbaycan Neft Fondu bu ilin əvvəlindən yerli valyuta hərracları bazarında fəal oyunçu olmağa başlayıb.
Onun rolu milli valyutanın – manatın dəstəklənməsindən ibarətdir.
Belə ki, Mərkəzi Bankın vəsait çatışmazlığı səbəbindən manat əvvəlki sabitliyini itirib.
Azadliq.info-nun məlumatına görə, iyunun son günləri Neft Fondu demək olar ki, hər gün AMB-nin təşkil etdiyi hərraclarda 50 mln. həcmində dollar satıb.
İyunun yekununda $450 mln. həcmində “neft valyutası” satılıb.
Interfax-Azerbaijan-ın hesablamalarına görə, Neft Fondu bu məqsədlə $2 mlrd. 436,9 mln. ayırıb.
2016-cı ilin 1-ci rübündə ümumi məbləği $1 mlrd. 253 mln. həcmində, 2-ci rübdə $1 mlrd. 183,9 mln. həcmində valyuta satılıb.