Floridada atışma olub, 2 ölü, 17 yaralı var

ABŞ-ın Florida ştatındakı gecə klubunda naməlum şəxsin atəş açması nəticəsində iki nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Polis tərəfindən axtarışı davam edən cinayətkar kluba daxil olaraq insanlara atəş açıb.
Hadisə şahidlərinin sözlərinə görə gecə klubundan təxminən 30 dəfə atəş səsi eşidilib.