ABŞ-da polisə silahlı hücum olub

    ABŞ-ın Texas ştatının Dallas şəhərində 11 polisə silahlı hücum olub.

Dallas polisinin verdiyi məlumata görə 4 polis öldürülüb, 7-si isə yaralanıb. Yaralıların arasında vəziyyəti ağır olanlarların olduğu bildirilir.

Minnesota və Louisiana ştatlarında 2 qaradərili vətəndaşın polislər tərəfindən güllələnərək öldürülməsinin ardında ABŞ-ın bir çox yerində etiraz aksiyaları keçirilir.

Texas ştatının Dallas şəhərində keçirilən etiraz aksiyası isə qana bulanıb. ABŞ mətbuatının yaydığı məlumata görə, etiraz aksiya zamanı 2 snayper 11 polisə atəş açıb, onlardan 4-ü vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən bir nəfərin təslim olduğu, digər bir şübhəlinin isə polis tərəfindən saxlanıldığı bildirilir.

ABŞ prezidenti Barack Obama da qaradərililərə qarşı irqçi hücumları pislədi. NATO-nun Varşavadakı zirvəsində çıxış edən Obama, qaradərili silahsız bir sürücünün polis tərəfindən öldürülməsinin bütün amerikalıları narahat etməli olduğunu vurğuladı. Bundan əlavə, Obama polis təşkilatına daxildə irqçiliyə qarşı mübarizəyə səslədi.