ABŞ Dövlət Departamenti: Azərbaycan insan alveri tranzit ölkəsidir

ABŞ Dövlət Departamenti 2015-ci il üçün dünyada “insan alveri” ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycan insan alverinə görə “2 dərəcəli” ölkələr sırasında yer alıb.
2016-cı il insan alveri hesabatının Azərbaycanla bağlı hissəsini ixtisarla təqdim edirik: “Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda məcburi əməyə məruz qalırlar. Azərbaycanlı qadın və uşaqlar isə ölkə daxilində habelə Türkiyə, Rusiya və BƏƏ-də seks alverinə məruz qalırlar”.
Contact.az-ın verdiyi məlumata görə, hesabatda qeyd edilir ki, Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir. Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər Azərbaycanda məcburi əməyə məruz qalırlar. Öncəki illərdə də Azərbaycan Mərkəzi Asiyadan BƏƏ, Türkiyə və İrana insan qaçırmaq üçün tranzit ölkə olub.
Hesabat da bildilir ki, ölkə daxilində bəzi uşaqlar əsasən də qaraçılar məcburi dilənçiliyə məruz qalır və yol kənarında satışa, eləcə də çay evləri ilə şadlıq evlərində işləməyə məcbur edilirlər. Filippinli qurbanlar isə ev qulluqçuluğuna məruz qoyulurlar.
Azərbaycan höküməti insan alverinin qarşısının alınması üçün lazımi minimum standartlara cavab vermir, lakin bunu etmək üçün ciddi səylər göstərir. Son il ərzində hökümət insan alveri ilə bağlı istintaqların sayını artırıb, əmək və seks qaçaqçılarına ağır cəzalar verib.
Buna baxmayaraq, hökümət insan alveri qurbanlarını reabilitasiya və reinteqrasiya (cəmiyyətə qazandırılma) xidmətləri ilə təmin edən QHT-ləri ardıcıl olaraq üçüncü ildə adekvat maddi dəstəklə təmin etməyib.
Mənbələr hökümətin insan alverçilərini müəyyən etməyə yardım göstərməsi üçün qurbanlara təzyiq göstərdiyini bildirir. Bunu etməkdən imtina edən qurbanlar isə digərləri kimi eyni dərəcədə dəstək və qayğı almayıb.
Hökümət qurbanları müəyyən edib ki, yardım etmək səylərini artırsa da QHT-lər üçüncü il ardıcıl olaraq kifayət qədər maddi yardım almayıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Bakıda bir sığınacaq idarə edir. Amma sığınacaq ağır mühafizə olunur və insan alveri qurbanlarını sığınacağı tərk etmək azadlığı ilə təmin olunmayıb.
Ekspertlər bu sığınacaqlarda qurbanlar üçün adekvat qayğının olmadığını deyir. Hökümət dövlət tərəfindən idarə olunan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzlərinə 44 min manat pul ayırıb, buna baxmayaraq, bu pul mərkəzlərdə işçi sayının artırmaq üçün kifayət etməyib.
Hökümət 2015-ci il ərzində 40 insan alveri qurbanını sığınacaq və digər yardımla təmin edən QHT-lərə heç bir maddi yardım verməyib. İnsan alveri qrubanlarını ev, tibbi yardım, iş və hüquqi yardımla təmin edən bu müəssisələr kifayət qədər maliyyələşldirilmir. Bu səbəbdən də sığınacaq işçiləri qurbanlara könüllü olaraq yardım edib.
Hökümət insan alverinin qarşısını almaq səylərini artırıb. 2014-2018 milli hərəkat planı 2015-ci ildə də həyata keçirilib. Hökümət ölkənin insan alverinə qarşı mübarizə səylərinin illik dəyərlərdirilmə hesabatını ictimaiyyətlə paylaşıb.
İnsan alverinə qarşı mübarizə koordinatoru hökümətin bu sahədə gördüyü işləri 2016-ci ilin aprelində parlamentə təqdim edib. 2015-ci ilin aprelin 15-də Nazirlər Kabineti insan alverinə məruz qalma ehtimalı yüksək olan miqrantlar üçün sosial xidmətlərin genişləndirilməsinə qərar verib.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri 20 regionda 600-dən çox insana maarifləndirmə kampaniyaları aparıb. Gənclər və İdman Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 53 regionda maarifləndirmə kampaniyaları aparıb və sosial media vasitəsilə insan alverinə dair informasiya paylaşıb.