ABŞ generalı: “Yaxın müttəfiqlərimiz Türkiyədə həbs edilib”

Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı Amerika və Türkiyə arasında kritik günlər yaşanarkən ABŞ ordusunun yüksək rütbəli generallarından biri Joseph Votel şokedici bəyanat verib.
“The Wall Street Journal” qəzetində yer alan xəbərə görə Votel hərbi çevrilişə cəhd sonrası həbs edilənlərin, “ABŞ ordusunun yaxın müttəfiqləri” olduğunu bildirib. ABŞ generalı “Bir çox türk siyasi və hərbi liderlərlə əlaqələrimiz var. Bundan sonra iki ölkə arasında baş verə biləcək mümkün hadisələrdən, əlaqələrin pisləşməsindən ehtiyat edirəm” açıqlamasını edib.
Xatırladaq ki, 15 iyunda baş vermiş hərbi çevrilişə cəhdin ardından Fətullahçı Terror Təşkilatına mənsub olan yüksək vəzifəli şəxslər, ordu generalları türk polisi tərəfindən həbs edilib.