ABŞ ordusu transgenderlərə olan qadağanı ləğv edib

 

ABŞ ordusu, transgenderlərin ölkənin hərbi qüvvələrində açıq şəkildə fəaliyyət göstərməsinə mane olan qadağanı ləğv edib.

Yeni təcrübəyə keçid prosesinin bir il ərzində tamamlanacağı bildirilib. Ordu mənsublarının artıq cinsiyyət dəyişdirməsinə icazə veriləcək və bunun üçün səhiyyə yardımı ilə bağlı standartlar müəyyən ediləcək.

Hüquqi tənzimləmə çərçivəsində cinsi mənsubiyyətinə görə heç kimin ordudakı vəzifəsinə son verilməyəcəyi və könüllü hərbi xidmətə yazılma hüququndan məhrum qalmayacağına təminat veriləcəyi açıqlanıb.

Pentaqonda mətbuat konfransı keçirən Müdafiə Naziri Ash Karter deyib: “Vəzifəmizi ölkəmizi qorumaqdır bu vəzifəni ən yaxşı şəkildə yerinə yetirən insanların önünə, şəxsi seçimləri üzərindən qadağa qoymaq istəmədiklərini bildirib.

BBC-nin məlumatına görə Karter, bu tənzimləmə çərçivəsində orduda transseksuallara icazə verən Böyük Britaniya, İsrail və Avstraliyanın fəaliyyətlərini araşdırdıqlarını bildirib.

ABŞ ordusunda 1.3 milyon nəfər xidmət edir. Orduda təxminən 2 min 500 transseksual var.