AKP İstanbulda “Xainlər Məzarlığı” yaradıb

İstanbul Bələdiyyəsi şəhərin Pendik adlanan hissəsində, Ballıca kəndində boş ərazidə çevrilişə cəhd edənlər üçün “Xainlər Məzarlığı” yaradıb.
Kəndin çıxışındakı ərazidə yaradılan qəbirstanlığın girişinə “Xainlər Məzarlığı” tablosu yerləşdirilib. Qəbirstanlığa bir nəfər dəfn olunub, daha 5 qəbir qazılıb.

hainler-mezarligi-mezarlar

İatanbul Böyükşəhər Bələdiyyəsi başqanı Topbaş verdiyi açıqlamada etiraz üçün toplaşan vətəndaşlara deyib ki, bir nəfəri ailəsi istəməyib və bu gün Xainlər Məzarlığına basdırılıb:
“Bir dənəsini ailəsi istəməyib, bu gün Xainlər Məzalığına dəfn olunub. Bu millətə hörmət etməyənlər qəbirlərində belə rahat ola bilməməlidirlər”.