Almaniyadakı terroru İŞİD öz üzərinə götürüb

Almaniyada Əfqan əsilli bir mühacir qatardakı sərnişinlərə balta ilə hücum edib.  4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hücumu İŞID öz üzərinə götürüb.
Almaniyanın cənubunda  17 yaşındakı bir Alman mühacir qatardakı sərnişinlərə balta ilə hücum edib. Sərnişinlərə hücum çəkən şəxs 4 nəfəri yaraladıqdan sonra polis tərəfindən açılan atəş nəticəsində öldürüldü. Alman rəsmiləri terroristin evində əli ilə çəkdiyi İŞİD bayrağının tapıldıını bildirəndən qısa müddət sonra İŞİD terror aksiyasını öz üzərinə götürdü.
Hadisənin şahidlərindən birinin dediyinə görə terrorist sərnişinlərə hücum çəkərkən “Allahuəkbər” deyə qışqırırdı. Qatarın son dayancağı olan Würzburg şəhərinə doğru hərəkət edərkən balta və bıçaqdan istifadə edərək  4 nəfəri yaralayan terrorist qatardan qaçmağa nail olmuşdu.