AMB-nin valyuta ehtiyatları azalır

İnterfax-Azərbaycanın yaydığı məlumata görə 30 iyun 2016-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $4 mlrd. 283,9 mln. təşkil edib.
Bu barədə AMB-nin saytında məlumat verilir. 2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib.
Beləliklə, bu ilin yanvar-iyun aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 14,6% azalıb. 2016-cı ilin iyun ayında AMB-nin valyuta ehtiyatları $0,4 mln. və ya 0,009% azalıb. Valyuta ehtiyatları son dörd ay ərzində ilk dəfə azalıb.
Cari ilin aprel-may aylarında AMB-nin valyuta ehtiyatlarında artım qeydə alınıb. Xəbər verildiyi kimi, 2015-ci ildən Mərkəzi Bankın valyuta ehtiyatları 2,7 dəfə azalıb.