Azərbaycan əhalisinin 60 faizi bu səbəbdən ölür

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 54 697 nəfər dünyasını dəyişib ki, bu da 2014-cü illə (54 697) müqayisədə azdır.
Ötən il dünyasını dəyişənlərin 32 825-i qan dövranı sistemi xəstəliklərindən, 7 278-i yenitörəmələrdən, 1 712-si tənəffüs orqanları xəstəliklərindən, 2 646-sı travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.