Azərbaycan Olimpiya oyunlarında 4 yeni idman növü üzrə təmsil olunacaq

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə – 56 idmançı ilə iştirak edəcək.
Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, idmançılarımızdan çoxlu medallar gözləyirik: “Braziliya ilə 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var. Bunların hamısının təsiri var. Komandanın bir hissəsi – cüdoçular artıq oradadır”.
A.Rəhimov qeyd edib ki, Azərbaycan bu il Olimpiya Oyunlarında 18 idman növü üzrə iştirak edir. Onların 4-ü yenidir.
Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: “İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya Oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyrodakı Olimpiya kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq”.
MƏNBƏTrend
Əvvəlki məqaləAvropa Komissiyasının prezidenti Türkiyə ilə bağlı fikir bildirib
Növbəti məqalədəSamsung elektrikli maşın istehsal edəcək