Bir məktəbdən 27 abituryent 600-dən çox bal toplayıb

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27 məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Gimnaziyanın direktoru, Əməkdar Müəllim Nizami Əhmədov AZƏRTAC-a bildirib ki, gimnaziyada iki buraxılış sinfi olub. Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib. Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.
“Bu şagirdlər gimnaziyada çalışqan olmaları, dərsə davamiyyətləri, aldıqları yüksək qiymətlərlə seçiliblər. Ona görə də, belə uğurlu nəticəni gözləyirdik”, – deyə N.Əhmədov deyib.