Cozef Danford Türkiyəyə səfər edib

Joseph Danford
General Cozef Danford-ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iyulun 31-də Türkiyəyə gəlib.
CNN Türk-ün verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonra  Türkiyənin cənubunda yerləşən “İncirlik” hərbi bazasına baş çəkəcək, ABŞ hərbçiləri ilə görüşəcək.
Avqustun 1-də C.Danfordu Türkiyənin baş naziri Binəli Yıldırım qəbul edəcək.
Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ rəsmisidir.