Azərbaycan cüdoçuları ilk gün 4 medal qazanıb

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yarışın ilk günü gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medallar qazanıb.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.