Büdcədən deputatlara 808 mindən çox pul ayrılıb

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Hesablamalara görə, deputatların iki aylıq tətil müavinəti 808 min manatdan artıqdır.
Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.

 

MƏNBƏReport.az
Əvvəlki məqalə40 il pulsuz qəbul imtahanı, yoxsa Formula1?
Növbəti məqalədəTürkiyədə nə baş verir: hərbi çevriliş, yoxsa …? (yenilənir)