Despotizm və Kollektiv cinayət – Emin Tağıyev

Emin Tağıyev
Sizinlə “Despotizm” barəsində fikirlərimi bölüşmək istəyirəm. Despotizm istər fərdi, istərsə də bir-birinə bağlı bir qrup tərəfindən mütləq siyasi güc ilə hökm edən tək inzibati nüfuza sahib avtoritar rejim formasıdır.
Klassik formada despotizm, bir şəxsin idarəsində olan dövlət, despot isə bütün siyasi gücü istifadə və bütün dövləti təmsil edən şəxslərdən başqa digər hər kəsin ikinci əhəmiyyətdə olduğu avtoritariyadır.
Bu tip despotizm mədəniyyətin yaradılmasının ilk mərhələlərində görülən dərəbəylik və bənzəri rəhbərliklərdə məşhur olub. Tarixdəki Misir fironları klassik despotlara bir nümunədir. Avtoritar rejimləri despotların şəxsində sadələşdirmək çox böyük səhvdir.
Despotlardan şəxsən hesab vermələrini tələb etmək yolverilməzdir. Bizə maraqlı olan o despotların necə yarandığını və onların necə inkişaf etdiklərini aydınlaşdırmaqdır.
Sizə yalnız avtoritar rejimlərdə baş verən sosial-iqtisadi faktorlardan bəhs etmək, despotların arxasında gizlənən zehniyyət strukturları, despotların arxasında gizlənən mənfəət güdənlər, bilmədən onlara yardım edənlər və buna bənzər bir çox şeydən bəhs etmək istəyirəm.
Kollektiv “cinayət”
Avtoritar rejimlərin uzunömürlülüyün səbəbi “kollektiv cinayət”dir. “Kollettiv cinayət” nədir? Haqları kütləvi şəkildə pozulsa belə heç bir etiraz etməyən hər kəs. “Mənimlə eyni düşünməyən şəxsin bu ölkədə yaşamağa haqqı yoxdur” deyən hər kəs (hansı görüşə mənsub olursa olsun) bu “cinayətin” ortağıdır. “Bütün azadlıqların sərhədi, mənim dünya görüşümlə məhduddur” deyə düşünmə meylində olan hər kəs bu “cinayətin” ortağıdır. “Rejimi dəstəkləyənlər bu ölkənin gerçək övladları, digərləri xaindir və ya xain olma potensialına malikdir” fikrinə sahib ola bilən hər kəs bu “cinayətin” ortağıdır. “Fərdin azadlığı” “İnsan hüquqları”, “Əsas hüquq və azadlıqlar”, “Milli mənfəətlər”, “Tarixi missiyalar”, “Konstitusiya”,  “Məhkəmə” təzyiqə, repressiyaya məruz qala bilər deyən hər kəs bu “cinayətin” ortağıdır.
Digər tərəfdən, “mənə toxunmadığı müddətcə haqsızlıqdan mənə nə” deyə bilən hər kəs bu “cinayətin” ortağıdır. “Despot və ya despotluq olsa belə” mənim inandığım iddianı müdafiə edir, mənim mənsub olduğum dinə, məzhəbə mənsub iddianı müdafiə edir” deyən hər kəs bu “cinayətin” ortağıdır.
“Despot olsa belə onun zamanında yaxşı pul qazanırıq” deyən hər kəs bu “cinayətin” ortağıdır. “Güclünün yanında mövqe tutmaq, məni mövqe sahibi edir, əsas mənim işim getsin” deyən hər kəs bu “cinayətin” ortağıdır. “Kürəyimi güclüyə söykəmək , rəqiblərimə, düşmənlərimə, sevmədiklərimə qarşı məni gücləndirir” deyən hər kəs bu “cinayətin” ortağıdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Əvvəlki məqaləİstanbulda “Cümhuriyyət və demokratiya” mitinqi keçirilib (fotolar)
Növbəti məqalədə“Məsələnin həlli ümumxalq demokratik hərəkatından keçir”