“Dünyada ən ucuz qaz bizdədir” – Rövnəq Abdullayev

Bu gün Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Tədbirdə iştirak edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarına cavab olaraq mavi yanacağın qiyməti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:
“Deyə bilərəm ki, dünyada ən ucuz qaz bizdədir. İrandan da, Rusiyadan da qazın qiyməti aşağıdır. Bir az çətinlik yaradır, ancaq hələ ki, dözürük”.

https://www.youtube.com/watch?v=EjLLGLDHoBo