Dünyanın ən texnoloji şəhərləri

The network of the office building
Alimlər, araşdırmaçılar, ekspertler hesab edir ki, 35 ildən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bir çox şəhərlər buna hazırlanmağa çalışarkən bəziləri sahibkarlıq ruhu və yerli dəstəklər sayəsində artıq önə keçib.
 2thinknow  adlı araşdırma şirkəti texnoloji yatırımlar, infrastruktur, ekosistem, patent sayı kimi bir çox kriteriyaları əsas götürərək dünyanın ən texnoloji şəhərlərinin siyahısını hazırlayıb.
Vaşinqton – A
Son 10 ildə texnologiya sahəsindəki məşğulluğu 50 faiz artırıb. Bu gün 1000-dən çox startap mərkəz ofislərini şəhərdə açıb. Texnologiya ilə bağlı rəqəmlər sürətlə artır.
Kopenhagen – Danimarka
Startap ekosistemi çox geniş olmasa da, ağıllı istehsal texnologiyaları və ağıllı şəhərciklər baxımından  inkişaf etmiş şəhərdir. Kopenhagen  2025-ci ildə neftdən asılılığını tamamilə aradan qaldırmağı hədəfləyir.
Şenzen – Çin
Bir çox telekom və robot firması 11 milyonluq bu şəhəri mərkəz müəyyən edib. Şəhərdən çıxan texnoloji patent ədədlərində partlayış var.
Dublin – İrlandiya
Vergi üstünlükləri və təşviqlər sayəsində Avropanın texnologiya mərkəzlərindən biri olub. Facebook,LinkedIn, Hubspot, Dropbox kimi firmaların Avropa və EMEA rəhbərlikləri burada yerləşir. Avropanın ən böyük startap fondu olan Enterprise Ireland da bu şəhərdədir.
Montreal – Kanada
Sürətlə böyüyən bir startap ekosisteminə sahib olan şəhərdir. Xüsusilə geyiləbilən texnologiyalar, sənaye dizaynı və proqramlaşdırmada çalışanlar üçün doğru ünvanlardandır.
Şanxay – Çin
Mindən çox startapda çalışan 100 mindən çox işçini saxlayan Zhangjiang Hi-Tech Park-a ev sahibliyi edir
Bura tez-tez Çinin Silikon Vadisi olaraq xarakterizə edilir.
Stockholm – İsveç
Stockholm  Avropada ən çox “unicorn”,  yəni dəyəri 1 milyard dolları keçən şirkəti saxlayan şəhərdir. Bu şəhər də 5-10 il içində tamamilə neftdən asılılığı azaltmağı hədəfləyir.  Eyni zamanda, startap sərmayəsi investisiyalarında dünyanın ən sürətli böyüyən ikinci bazardır.
Stuttgart – Almanya
2thinknow araşdırmasına görə, Stuttgart dünyada yüksək texnologiya sahəsində ən çox patent müraciəti edən beşinci şəhərdir.
Xatırladaq ki, Porsche, Daimler, IBM, Bosch  kimi nəhənglərin mərkəzləri də buradadır.
 Hong-Kong – Çin
İnternet bağlantısı ən sürətli şəhərlərdən biri olan Hong Kong ötən il  243 milyard dollarlıq yüksək texnologiya ixrac edib. Bu, şəhər dövlətinin bütün ixracatının yüzdə 51 faizini keçir.
Tokio – Yaponiya
Dünyanın ən sıxlıq olan şəhəridir, eyni zamanda qlobal texnologiya nəhənglərinin də yuvasıdır. Burada nəqliyyat infrastrukturu dünyanın ən yaxşılarındandır. Hər il 2,3 milyard sərnişin daşıyan Tokio metrosunda gecikmə nisbəti az qala sıfıra yaxındır.