Ermənistanda polis şöbəsini işğal edən “Sasna Tsrer” qruplaşmasının üzvləri girov götürdükləri son 2 nəfər olan polis general-mayoru Vartan Yegiazaryan və İrəvanın polis idarəsinin rəis müavini polkovnik Valeri Osipyanın da azadlığa buraxıblar.
Bu gün daha əvvəl əsir götürülmüş digər 2 polis də silahlı qruplaşma tərəfindən azad edilib.
Qeyd edək ki, polis şöbəsinin işğalından 7 gün sonra qruplaşma üzvü Varujan Avetisyan, Vitali Balasanyan vasitəsilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanla görüşərək, ümumi mətbuat mərkəzinin yaradılması şərtilə əsirlərin buraxılmasına razılıq verəcəklərini bəyan etmişdilər.