Google daha bir şirkət alıb (video)

Dünya texnologiya nəhəngi Google görüntü tanıma texnoloji şirkəti Fransada yerləşən Moodstocks şirkətini alıb.
Google müqavilə şərtləri ilə bağlı hələki açıqlama verməyib.
Google, startup layihəsi olan görüntü tanıma şirkətini aldığını elan edəndən sonra bildirib ki, bundan sonra Moodstocks heyəti Google-un Parisdəki ofisinə fəaliyyətini davam etdirəcək.
Moodstocks-un rəsmi saytında olan məlumatlara görə şirkət 2012-ci ildən fəaliyyət göstərir. 2 il yarımdır görüntü tanıma texnologiyalarını inkişaf etdirməklə məşğuldur.
Şirkət açıqlama verib ki, xidmət yaxın zamanda dayandırılacaq, amma abunə olan istifadəçilər xidmətdən istifadəyə davam edə biləcəklər.