Günəş enerjisi ilə işləyən təyyarə dünya turunu başa vurdu – Video

Günəş enerjisi ilə çalışan “Solar İmpulse 2” təyyarəsi dünya turunun son mərhələsini başa vuraraq Abu Dabi hava limanına uğurlu eniş edib.
“Solar İmpulse 2” dünya turuna 2015-ci il martın 9-da məhz Abu Dabidən başlamışdı. Dünya turunun iyulun 17-də başa çatması planlaşdırılırdı, lakin pilot Bertran Pikarın səhhətindəki problemə əlaqədar təyyarənin uçuşu bir müddət dayandırılıb.
“Solar İmpulse 2” dünyada günəş enerjisi ilə çalışan ilk pilotlu təyyarə olan “Solar İmpulse 1”in təkmilləşdirilmiş versiyasıdır. Mühəndislər yeni modelin işlənib hazırlanması ilə 2 il məşğul olublar. Təyyarə akkumulyator batareyalarına yığılan enerjinin hesabına vaxt məhdudiyyəti olmadan havada qala bilər. Təyyarənin səthində 16 mindən çox günəş batareyası var. Kreyser sürəti saatda 70 km təşkil edir. Qanadların uzunluğu isə “Boeing 747”nin qanadlarından böyükdür.