Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedə bilməyi yaxınlaşır

Avropa Birliyinin genişlənmə üzrə rəsmisi Johannes Hahn bildirib ki, oktyabrda Gürcüstana qarşı vizasız rejim tətbiq edilməlidir.
AzadlıqRadiosunun məlumatına görə, Hahn iyulun 14-də Batumidə deyib ki, Gürcüstan bunun üçün bütün öhtəlikləri yerinə yetirib.
Johannes qeyd edib ki, bunun üçün tələb olunan prosedurlar artıq oktyabradək yekunlaşdırılmalıdır.
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də iyulun 1-də bildirmişdi ki, sentyabrın 1-ci yarısından Gürcüstana qarşı vizasız rejim tətbiq edilməlidir.
Johannes Hahnın Gürcüstana səfəri zamanı prezident Giorgi Margvelashvili, baş nazir Giorgi Kvirikashvili və xarici işlər naziri Mikheil Janelidze ilə görüşləri nəzərdə tutulur.
Əvvəlki məqaləAzərbaycanda elektrik enerjisi bahalaşdı
Növbəti məqalədə“Əksinə, elektrik enerjisinin qiyməti endirilməliydi”