Higuain rəsmən “Yuventus”da

“Napoli”nin argentinalı ulduzu Gonzalo Higuainin “Yuventus”a transferi reallaşıb.
Turin şəhərinin təmsilçiləri hücumçu ilə 5 illik müqavilə imzalayıb.
“Juve” ulduz futbolçunun transferi üçün qarşı tərəfə 94 milyon avro təzminat ödəyəcək. 28 yaşlı forvardın bu qiymətə transferi dünya futbolunda bir yeniliyi də öz bərabərində gətirib. Belə ki, Higuainin “ağ-qaralar”a keçidi ilə futbol tarixinin ən bahalı 3-cü transferi reallaşıb.
Xatırladaq ki, ən bahalı transferlər siyahısında ilk pillədə Gareth Bale (100 milyon avro), 2-ci pillədə Cristiano Ronaldo (94 milyon avro)  qərarlaşıb.
MƏNBƏabzas.net
Əvvəlki məqalə“Qarabağ” “Viktoriya” səfərindən sərfəli nəticə ilə qayıdıb – Video
Növbəti məqalədəŞirvanda baş verən partlayışın yeni görüntüləri yayılıb – VİDEO