İlyas İsmayılov həbs olunan partiya funksionerindən danışıb

Xəbər verdiyimiz kimi, Daşkəsən Rayon Məhkəməsi Ədalət Partiyası Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarovu 8 ay müddətinə azadlıqdan məhrum edib.
Siyasi fəalın həbsi barədə Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov modern.az-a açıqlama verib: “Elşad Qafarovun həbs xəbərini xaricdən Azərbaycana qayıtdandan sonra onun qardaşından eşitdim. Onun həbs edilməsini çox qərəzli bir addım hesab edirəm”.
İlyas İsmayılov bildirib ki, partiyadaşının həbs olunnmasına əsas səbəb rayonun icra başçısı Əhəd Abıyev olub:
“Elşad Qafarovun həbs olunmasının əsas səbəbkarı icra başçısı Əhəd Abıyevdir. O deyib ki, Elşad guya onun üzünə durub. Elşad Qafarov çox yaxşı insandır və hər zaman öz hüquqlarını müdafiə edib. Əhəd Abıyevin də öz hüquqlarını müdafiə edən insandan xoşu gəlmir. Ona görə də Elşadın həbs qərarı icra başısı Əhəd Abıyevin şəxsi ambisiya və qərəzləri əsasında verilmiş bir sifarişdir ”.
Partiya sədrinin sözlərinə görə, o ölkəyə qayıtdıqdan sonra icra başçısı ilə əlaqə saxlamağa çalışıb, ancaq istəyi baş tutmayıb: “Gərək Elşadı həbs etməyəydilər. Onun həbsinə həiqəqətən də çox pis oluram təəssüflənirəm. Xaricdən Azərbaycana qayıtdıqdan sonra Elşadın həbs məsələsi ilə bağlı şəxsən icra başçısı ilə əlaqə saxlamağa çalışdım, amma bu mümkün olmadı”.