İngiltərənin yeni baş naziri artıq məlumdur

Theresa May
İngiltərədə iki qadın namizədin yarışdığı baş nazir postunun yeni sahibi artıq məlumdur. Enerji naziri Andrea Leadsom-un yarışdan çəkildiyini açıqlaması ilə son namizəd olan daxili işlər naziri Theresa May-ın ölkənin yeni baş naziri və “Mühafizəkar” partiyanın sədri olacağını qətiləşdirdi.
İngiltərədə keçən ay keçirilər Brexit referendumunda Avropa Birliyindən çıxma qərarınından sonra iqtidardakı Mühafizəkar partiyanın sədri və baş nazir David Cameron istefa verəcəyini açıqlaması ilə bu post uğrunda rəqabət qızışmışdı.
Namizədliyi irəli sürən beş nəfərdən son ikiyə qalan enerji naziri Andrea  Leadsom  isə bu gün Londonda keçirtdiyi mətbuat konfransında namizədliyi geri götürdüyünü açıqladı. Bununla da baş nazir postuna yeganə namizəd olan Theresa May-ın sentyabrdan keçirilməsi nəzərdə tutulan seçkidən əvvəl baş nazir postuna oturması gözlənilir.
Altı ildir İngiltərənin daxili işlər naziri vəzifəsində işləyən 59 yaşındakı  Theresa  May, “Mühafizəkar” partiyanın təcrübəli siyasətçilərindən sayılır və İngiltərə tarixində Margareth Thatcher-dən sonra ikinci qadın baş nazir olması gözlənilir.