İŞİD Banqladeşdə restorana silahlı basqın edib

Dünən axşam saatlarında Banqladeşin paytaxtı Dakkada bir restorana İŞİD terror qruplaşmasının üzvləri tərəfindən basqın olunub.
Restoranda olan 35 nəfəri əsir götürülüb, polislə atışma olub
Yerli saatla 21:20-də xarici səfirliklərin də yerləşdiyi bölgədə 8 nəfərlik silahlı terrorist qrupu restorana daxil olaraq ətrafa atəş açıb, məkandakı müştəriləri və işçiləri əsir götürüblər.
Bundan sonra restoranın ətrafını mühasirəyə alan polislə silahlı qarşıdurmaya baş verib.
10 saata yaxın davam edən əməliyyat nəticəsində 6 terrorist öldürülüb, eyni zamanda 2 polis və 20 nəfər əsir götürülən mülki vətəndaşın da həlak olduğu bildirilir.
Banqladeş ordusunun rəsmisi Raşidul Hasanın bildirdiyinə görə, əməliyyat bitib və ərazi nəzarət altındadır, 1 terrostist isə sağ ələ keçirilib.