İstanbulda “Cümhuriyyət və demokratiya” mitinqi keçirilib (fotolar)

İstanbulda 10 minlərlə adam demokratiyaya dəstək nümayişinə çıxıb.
“Respublika və demokratiya” devizi altında keçirilən nümayişdə hakim və müxalifət partiyalarının tərəfdarları ştirak ediblər.
AzadlıqRadiosunun məlumatına görə, müxalifətdə olan “Respublika Xalq Partiyası” nın lideri Kemal Kılıçdaroğlunun çıxışının dövlət televiziyası ilə canlı yayımlanması Türkiyə üçün nadir haldır.
O, çıxışında hakimiyyəti kütləvi represiyalardan çəkinməyə çağırıb və bildirib ki, qiyamın təşkilatçıları qanun çərçivəsində mühakimə olunmalıdırlar.
Türkiyə mətbuatının xəbərlərinə görə, mitinqə müxalif və iqtidar partiyalarından da gələnlər olub. Mitinqdən əvvəl ana müxalifət partiyasının başqanı Kemal Kılıçdaroğlu bütün partiyalara dəvət göndərdiklərini bildirmişdi.
İqtidar partiyası daxil bir çox partiya rəsmiləri də “Cümhuriyyət və demokratiya” mitinqinə qoşulacaqlarını açıqlamışdılar. Mitinqdə on minlərlə, hətta yüz mindən çox insanın iştirak etdiyi barədə məlumatlar var.
Hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir ki, bu prezident Racep Tayyip Erdoganın parlamentin təsdiqi olmadan qanunlar qəbul etməsinə imkan verir.
Çoxları ehtiyat edir ki, Erdogan bundan narazılara qarşı istifadə edə bilər.
Uğursuz qiyam cəhdindən sonra ölkədə 60 mindən çox adam saxlanıb, işdən azad edilib və ya məsuliyyətə cəlb olunub.
Onların çoxu hərbçi, hakim, müəllim və digər dövlət qulluqçularıdır.
Erdogan bu qiyama görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.
Hakimiyyət onunla bağlı olan minlərlə özəl məktəb və xeyriyyə təşkilatını bağlayıb. Gülen ittihamı rədd edir.

ist-mitinq1

 

istmitinq2

 

 

 

istmitinq4

 

 

istmitinq6

 

istmitinq7

 

Əvvəlki məqaləKİVDF 27 qəzetə 1 milyon manat pul ayırdı (siyahı)
Növbəti məqalədəDespotizm və Kollektiv cinayət – Emin Tağıyev