Korrupsiyayla mübarizəyə mane olan miflər

Nə üçün korrupsiya bəzi ölkələrdə sosial-ictimai münasibətlərin bir hissəsinə çevrilir, lakin digər ölkələrdə isə heç mövcud da deyil?
FORBES / MARK LEVİN
Nə üçün korrupsiya bəzi ölkələrdə sosial-ictimai münasibətlərin bir hissəsinə çevrilir, lakin digər ölkələrdə isə heç mövcud da deyil? İqtisad elmi artıq neçə vaxtdır ki korrupsiyanını təbiətinə dair suallara cavab axtarır. Lakin Rusiyadakı mif və steriotiplər cəmiyyətə bu problemi düzgün qiymətləndirməyə imkan vermir. Onlardan ən əsası da odur ki, biz korrupsiya haqqında çox şeyi başa düşürük. Bu mövzu ilə 1996-cı ildən məşğul olan biri kimi deyə bilərəm ki, korrupsiyanın yaranma səbələri öz kökünü müxtəlif sahələrdən götürür. Korrupsiya – özündə dövlət idarəçiliyi keyfiyyətlərini, milli ənənələri, norma və mənəviyyatı əks etdirən mürəkkəb fenomendir. Elə buna görə də müxtəlif ölkələrdə korrupsiya ilə mübarizədə eyni metodlardan istifadə etmək qeyri-mümkündür. Bu antibiotiklərin müxtəlif xəstəliklər ilə mübarizəsi kimidir. Steriotiplərə müqavimət göstərmək vacibdir.
  1. Korrupsiyaya qalib gəlmək qeyri-mümkündür.
Bir çox ölkələr bu “xəstəlik”lə bacararaq korrupsiyanı elə bir səviyyəyə çatdırıblar ki, o, vətəndaşların iqtisadi davranışını müəyyən etmir. Bu ölkələr arasında Avropa Birliyi ölkələri, Cənub-Şərqi Asiyanın yeni iqtisadiyyatı, Şərqi Avropanın bəzi ölkələri var. Ümumi qaydalara riayət edərək – “məhkəmə müstəqilliyi sistemi, makroiqtisadi siyasətin sabitliyi, hakimiyyətin idarəçiliyi və s”, bu ölkələr korrupsiyalı həll sistemində stimulu endirərək “korrupsionogen” hadisələrlə var güclə məşğul olurlar. Ölkədə rüşvət götürəndə, insanlar artıq hakimiyyətə hörmətlə yanaşa bilmir, onun qayda və istəklərinə tabe olmurlar. Yalnız bu amil korrupsiya ilə mübarizədə əsas stimula çevrilir.

 

  1. Məmur oğurluq etməsin deyə, onların hüquqi gəlirlərini artırmaq lazımdır.  
Bu tezis üzərində dövlət qulluqçularının əmək haqlarının artırılması üçün bir çox layihələr inşa edilib. Lakin yüksək gəlirlər – korrupsiya üzərində qələbədə lazımi, amma kifayət etməyən şərtlərdəndir.
Məsələn, təhsili götürək. Avropa ölkələrinin çoxu korrupsiya ilə təhsil sferasında üzləşir – adətən bu birbaşa pul oğurluğu və ya Rusiyada adlanan xidmətin qarşılığı – iaşə, xüsusi mülkiyyətdir.
Rusiyanın da əsas problemi – imtahanlarda korrupsiya – dünyada analoqu yoxdur. Niyə? İnkişaf etmiş ölkələrdə rüşvət götürən bir dövlət işçisi, məsələn, müəllim və ya polis zabiti yalnız iş yerini itirmək deyil, əsasən iş qabiliyyətinin itirilməsi və ya təqaüdə çıxacağı halda yüksək sosial təminatın alınması ilə bağlı risklə üzləşə bilər. Korrupsiyaya qarşı daha bir müdafiə – yüksək həyat səviyyəsini təmin edən yüksək dəyərli tibbi sığorta və bahalı ödənişli təhsilin vəhdətidi. Dövlət məmuru nə qədər rüşvət götürsə də, bu onun həyatının ömürlük təmin olunmasına yetməz, belə ki, bazar adətən bu cür miqyasda rüşvət təklif etmir. Aleksandr Dümanın ”Qraf Monte-Kristo” romanında gözəl bir məqam var ki, harada ki, qraf Danqları müflis etmək üçün teleqrafçıya birjaya yalnış məlumatın ötürülməsi üçün rüşvət verir.  Bəs bunu necə etmək olar? O, qocalığını təmin edən zəmanətlərlə “baş aldadırdı”.

 

  1. Korrupsiyaya yalnız demokratik şəraitdə qalib gəlmək olar 
Bu nöqteyi nəzər əsasən liberal mühitdə geniş yayılmışdır. Baxmayaraq ki, demokratiya lazımdır, lakin o da problemin həlli üçün kifayət etmir. Demokratik şəraitdə sözsüz ki, korrupsiya ilə mübarizə aparmaq daha asandır, lakin elə ölkələr də var ki, orada demokratik rejim olsa da, korrupsiyanın da müəyyən yüksək səviyyəsi mövcuddur. Məsələn, İtaliyanı misal göstərmək olar ki, orada korrupsiya dövlətin idarə edilməsi ənənələrinə kömək edir.

 

  1. Rusiya kimi, oğurluq həmişə olacaq ölkələr var. Elə ölkələr də var ki, orada korrupsiya yoxdur və heç vaxt da olmayacaq 
Söhbət korrupsiyadan gedəndə ölkənin xarakterik cəhətləri və ya dövlət aparatının ənənələri mühüm rol oynayır. Elə ölkələr var ki, orada korrupsiya yuxarı təbəqələrdə mövcuddur, amma “aşağıda” o yoxdur. Məsələn, Yaponiya, İsrail, Hollandiya. Maraqlı da odur ki, bu korrupsiyanın aşağı təbəqələrdə mövcud olub, onun yuxarılarda mövcud olmayan ölkələr üçün korrupsiya elminə bir çağırış idi. Bu paradoksun səbəbləri çoxdur. Yaradıcı insanların öz işlərini sakit görə bilməsi üçün yuxarı rüşvətxor təbəqələrin aşağı korrupsiya ilə mübarizə aparmasından başlayaraq, sonda yuxarı təbəqələrə də gəlib çıxan korrupsiya ilə nəticələnən bir çox səbəbləri var. Xırda rüşvətdən başlayan DYP müfəttişi qurulmuş davranış normaları sayəsində sonda generala çevrilir. Həmçinin “aşağı” korrupsiya ilə mübarizə aparmaq çox çətindir, belə ki, “aşağıların” kəmiyyəti “yuxarılardan” olduqca çoxdur. (ardı aşağıda)
Dünya ölkələrinin korrupsiya indeksi (2015) – Azərbaycan 119-cu yerdədir
  1. Oğurluğa yalnız sərt metodlarla qalib gəlmək olar 
Totalitar rejim doğrudan da rüşvətə görə sərt cəza tətbiq edir. Lakin bu onları heç də korrupsiyadan xilas etmir. Çox uzağa getmədən, Sovet Birliyini yadınıza salın. Korrupsiya faşist Almaniyasında da geniş yayılmışdır. Rüşvət rüsumlardan azad olmaq, dövlət pullarına icazə əldə etmək üçün verilirdi. 3-cü Reyxin rəhbərləri şəxsi zənginləşdirmə üçün öz rəsmi mövqelərindən istifadə edirdilər və Hitler buna mülayim yanaşırdı. Yazıçı Tomos Mannın oğlu məşhur tarixçi Qolo Mann yazırdı ki, Üçüncü Reyxin yüksək rütbəli şəxslərinin çoxlu sayda mənzil, malikanə və ovçuluq imarətləri vardır.
Və bir daha xatırladım: korrupsiya haqqında elmdə aksiomlar yoxdur. XX əsrin ikinci yarısında Avropanın bir hissəsində digər ölkələrlə müqayisədə adambaşına düşən gəlir və milli ənənələrə malik ölkələrdə iki mülayim totalitar rejim mövcud idi. Portuqaliyada 50 il ərzində Antoniu de Salazar, İspaniyada Fransisko Franko hökmranlıq edirdi. Maraqlı odur ki, İspaniya ilə müqayisədə Portuqaliyada korrupsiya olduqca az yayılmışdı. Avropa tədqiqatçıları bunu Salazarın xüsusiyyətləri ilə izah edirlər. Dərin dini baxışlara malik olan bu ciddi adam korrupsiyanı qəbul eləmir və onunla sərt mübarizə aparırdı. Frankist İspaniyada isə korrupsiya getdikcə daha da çiçəklənirdi. Mən bunu ölkənin birinci siması olaraq korrupsiyaya qarşı mübarizə ilə cəmiyyətə necə örnək olmasına görə deyirəm.
Daha bir əks nümünə. Hesab olunur ki, Pinoçet ölkəni qaydaya salıb, korrupsiyanı minimallaşdırdı. Amma bu mifdi. Ona görə yox ki, “korrupsiya az idi”, ona görə ki, “korrupsiya azaldı”. Çilidə korrupsiya həmişə yüksək səviyyədə idi ki, bu da Latın Amerikası ölkəsinin mühüm xüsusiyyətlərindən idi.

 

  1. Hakimiyyətin bütün strukturları arasında  korrupsiya ilə mübarizə icra hakimiyyətinin  üzərinə düşür
Dünya bankının effektiv idarəetmə indeks  tədqiqatları göstərir ki, bəzi vacib faktorlardan  əsasları –  “səs və hesabatlılıq hüququ”, “siyasi  stabillik və qeyri-zorakılıq”, “idarəetmənin  keyfiyyəti” və “qanunun aliliyi” – korrupsiyaya əhəmiyyətli dərəcədə təsirini ən axırıncı olaraq  göstərir. Həmin vaxt da idarəetmənin keyfiyyəti  (həmçinin qanunların keyfiyyəti) güman etdiyimiz  kimi də əhəmiyyətli deyildir. Bu da tam olaraq  aydındır. Məhkəmə hakimiyyəti nəyin qanuni və  nəyin qeyri-qanuni, kimin günahkar və kimin  günahsız olduğunu ayırd edə bilməlidir; yox əgər  məhkəmə də rüşvətxordursa, bəs onda norma nədir? Ona görə də hal-hazırda Rusiya məhkəmə  sistemində baş verənlər bu dərəcədə vacibdir.
  1. Korrupsiya əbədidir. Necə oğurlayırdılarsa,  elə də oğurlayacaqlar 
Korrupsiyanın səviyyəsi nəinki dövlətin siyasətinin nəticəsi, həmçinin onun dəqiq indikatorudur. Əgər rejim qeyri-sabit olarsa, korrupsiya kəskin artar. Dövlət gələcək üçün fərdi zəmanət verə bilmir və insanlar da bu itkiləri kompensasiya etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə başlayır. Tarixdə buna oxşar çoxlu nümunələr var: məsələn, Birinci Dünya və Vətəndaş müharibələri zamanında Rusiyada olan korrupsiyanın yüksək artımını yada salaq. Böhran zamanı sosial əlaqələr qırılır, davranış normaları yox olur.
Amerikalılar həddindən artıq mərhəmətli insanlardırlar, ona görə də həmişə yol verirlər. Lakin 1970-ci illərdə ABŞ-da yanacaq böhranı baş verəndə yanacaq doldurma məntəqələrində növbələrdə davalar olurdu. Həmçinin də korrupsiya: əgər biz oğurluğu normadan kənar hesab ediriksə, onda böhran şəraitində kənarlaşmanın tezliyi dərhal artmağa başlayır.
Korrupsiyanın artımı adətən rejimin zəifliyi ilə müşahidə olunur. Bu siqnalı adətən ilk olaraq elit –  “yuxarı” təbəqə qəbul edir. Məşhur “köçkün” olan Arkadiy Şevçenkonun xatirələrində gözəl bir epizod var. O yazır ki, BMT-yə öz təyinatını həyat yoldaşının SSR-nin xarici işlər naziri Andrey Qromikonun həyat yoldaşına verdiyi ailə zinyət əşyaları sayəsində almışdır. Moskvaya gəldikdən sonra Şevçenkonun həyat yoldaşı gətirilmiş zinyət əşyalarını Andrey Qrominkonun həyat yoldaşına verib, o da öz növbəsində onları satırmış. Nə Şevçenkonun, nə də Qromınkonun həyat yoldaşı bu hədiyyələrin Mərkəzi Kəşfiyyat İdarəsi pullarının sayəsində alındığını bilmirdilər, belə ki, Şevçenko artıq  o an üçün onların leyhinə idi.
Bu korrupsiyanın daha bir təhlükəsidir — o ölkənin təhlükəsizliyini yuyub aparır.
Cəmiyyət siqnalı təkcə dedi-qodu və cinayət işləri sayəsində tutmur.  Məsələn, əgər inflyasiya artırsa,  korrupsiya ondan da tez artır. Bu da vətəndaşlar və hökumət arasında gizli müqavilənin dağılmasıdır –  belə ki, inflyasiya rejimin və ona olan zəmanətin etibarsız olmasına dəlalət edir. Ona daha inanmırlar. Rejimə də inam azaldıqca, bütün vasitələrdən istifadə etmək də yaxşı hesab olunur.
Tərcümə: Leyla