Mərkəzi Seçki Komissiyası referendum hazırlıqlarına başladı

Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək referendumla bağlı bəzi normativ aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.
MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq qəbul edib.
İclasda həmçinin 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.