Manat yenə ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsini ucuzlaşdırıb, 1 dolları 1,5456 manat səviyyəsində müəyyən edib. Beləliklə, milli valyutanın məzənnəsi 0,2% azaldılıb.

Contact.az-ın məlumatına görə, manatın ucuzlaşması təmayülü üç həftədir davam edir. Bu fonda kommersiya bankları valyuta hərracına çıxarılmış 50 mln. dolların hamısını alıblar.