“Türkiyə yanlış yoldadır”

Margot Wallström
İsveç Xarici İşlər Naziri Magot Wallström 15 iyul hadisələrindən sonra Türkiyənin yanlış yolda olduğunu deyib.
“Hadisələri narahatlıqla izləyirik”
Margot Wallström açıqlamasında Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının bu hadisəyə münasibət bildirməsi gərəkdiyini bildirərək, ‘‘ Türkiyədəki hadiəslər ciddi, narahaqlıq doğuran və qəbul edilməzdir. Yeni bir üsyan girişiminə məruz qalmış bir ölkədəki vəziyyətin qeyri-stabilliyi anlaşılandır. Ancaq, beynəlxalq andlaşmalara və insan haqqlarına hörmət edilməlidir. Medianın azad olması, söz və ifadə azadlığı demokratik ölkədə çox önəmlidir. Ən azından Türkiyənin AB-yə üzvlük müraciətini necə dəyərləndirəcəyimizə işarə verir bu. Bu səbəbdən Türkiyədəki gündəm protest edilməli və ölkə üzərindəki basğını artırmalıyıq’’-deyib.
“Türkiyə yanlış yoldadır”

Həmçinin o, ‘‘Üsyan girişimindən üç gün sonra AB Xarici işlər Nazirləri durumu dəyərləndirmək üçün toplanaraq orta yol seçimi çağrısı etməklə yanaşı qanunlara, qaydalara və insan haqqlarına hörmətin əsas alınması qərarına gəldik. Ancaq yanlış yolda olduğunu gördüyümüz Türkiyə’dəki hadisələri bir müddət daha izləməyə dəvam etməliyik’’ deyə əlavə edib.