Milli komandamızın futbolçusu rəsmən “Sportinq”də

Milli komandamızın yarımmüdafiəçisi Budaq Nəsirovun yeni klubunun adına aydınlıq gəlib.

Müqavilə ilə “Sumqayıt” klubuna məxsus olan Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.

“Sportinq” klubu 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Budaq Nəsirov imza atarkən

Sonuncu mövsümü “Kəpəz”də keçirən gənc futbolçu Lissabon təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Budaq Nəsirov bu komandada 86 nömrəli formada çıxış edəcək.

“Sportinq” son mövsüm Portuqaliya çempionatında gümüş medal qazanıb və Çempionlar Liqasında mübarizə aparacaq.

 

MƏNBƏFutbol11.az
Əvvəlki məqaləSamsung elektrikli maşın istehsal edəcək
Növbəti məqalədəRüfət Səfərovun işi üzrə məhkəmə başlayıb