MTRŞ ANS-i bağlamaqda qərarlıdır

Milli Teleradio Şurası (MTRŞ) ANS telekanalının yayımının dayandırılması haqqında zəruri sənədləri məhkəməyə təqdim edib. Bu barədə MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, MTRŞ öz səlahiyyətləri çərçivəsində hərəkət edir, telekanalın bağlanması ilə qanuna tamamilə uyğundur.
Belə ki, televiziya və ya radio qurumu bir il ərzində üç dəfə məsuliyyət tədbirlərinə məruz qalırsa, MTRŞ-nin onun bağlanması haqqında təşəbbüs irəli sürmək hüququ var.
Hazırki vəziyyətdə MTRŞ “öz hüququndan istifadə edərək”, ANS-i yayımını dayandırıb, deyə o bildirib. Bundan başqa, Məhərrəmli qeyd edib ki, ANS məhkəmələrin qanunvericiliyin pozulmasına görə kanala təyin etdiyi 161 min manat cəriməni ödəmir.
Xatırladaq ki, iyulun 18-də saat 18:30-da Türkiyə hakimiyyətinin “terrorçu” elan etdiyi, Amerikada yaşayan Fetullah Gülenin müsahibəsinin efirə verilməsi haqqında məlumatla əlaqədar ANS teleradiosunun yayımı dayandırılıb. MTRŞ ANS-i “terrorizmin təbliğində” ittiham edir.
Növbəti gün MTRŞ bildirib ki, telekanalın lisenziyasının tamamilə ləğv edilməsi üçün məhkəməyə müraciət edəcək. Telekanal rəhbərliyi öz “səhvini” etiraf etsə də və ölkə rəhbərliyindən 22 iyul Milli Mətbuat Gününə qədər yayımı bərpa etməyi xahiş etsə də, bu, baş verməyib.