Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən partlayışla bağlı ilkin məlumat yayıb

Müdafiə Sənayesi Nazirliyi Şirvanda yerləşən hərbi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: “Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın”.