Şərur bazarında satıcını döyən müdir işdən çıxarılıb?

Naxçıvanın Şərur rayonunda bazar sahibi Hüseyn və oğlu  satıcı qadınla birlikdə onun ailə üzvlərini döymüşdü. Hadisə ilə bağlı Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev reportaj hazırlamışdı. Hadisə ilə bağlı videoya buradan baxa bilərsiniz.
Abzas.net olaraq əldə etdiyimiz məlumata görə, Hüseyn adlı bazar sahibi içdən çıxarılıb və cəzalandırılıb. Məlumatı dəqiqləşdirmək üçün Naxçıvan MR-in Bakı nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da qeyri-iş günü olduğundan telefonlarımıza cavab verən olmadı.
Mövzunu gündəmdə saxlayacağıq, rəsmilərdən məsələni dəqiqləşdirməyə çalışacağıq.