Neft ucuzlaşıb

“APA-Economics” xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,45 dollar və ya 0,90% azalaraq 50,11 dollar təşkil edib.
Həmçinin, digər məlumata görə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar artaraq 48,99 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar azalaraq 49,68 dollar olub.