Neftin qiyməti bir az da düşüb

Dünya birjalarında neft ucuzlaşır. Bakı vaxtı ilə saat 18:40-da Brent nefti 1,1% ucuzlaşma ilə 45.69 dollara, ABŞ xam nefti isə 1,2% ucuzlşama ilə 44,19 dollara düşüb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti isə 1,47 dollar və yaxud 3,1% ucuzlaşaraq 46,67 dollara bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.