Pokemon GO haqqında fətva yayımlanıb

Pokemon GO-nun islami dəyərlərə zidd olması haqda fətva yayımlanıb. Səudiyyə Ərəbistan 15 il əvvəl oyunun ilham qaynağı olan cizgi filmlə də bağlı oxşar fətva yayımlanmışdı.
Son bir neçə həftədə az qala bütün dünyada sürətlə yayılan mobil oyun Pokemon Go üçün fətva yayımlanıb.
Səudiyyə Ərəbistandakı Dini alimlər şurası baş katibi adı çəkilən oyun haqqında verilən fətvanı açıqlayıb.
Fətvada oyundakı obrazıların təkamül keçirtdiklərini vurğulanaraq belə halların islami dəyərlərə zidd olduğu bildirilir. Fətvada yer verilən bir başqa iddiaya görə isə oyunun qumara oxşaması ilə bağlıdır.