“Pokémon GO”nun hesabına səhmləri 23 faiz dəyər qazandı

“McDonald’s”ın səhmləri Pokémon GO hesabına 23% artıb.  McDonald’s-ın Yaponiya bölməsi “Happy Meal” kompleks nahar menyusuna Pikaçu oyuncağını da əlavə etdikdən sonra səhmləri bir sutkaya 23% bahalaşıb.
Bu, 2001-ci ildən bəri ən böyük artımdır. İnvestorlar pokemonlarla bağlı olan hər şeyə böyük maraq göstərir və “McDonald’s” da bu “bumdan kənardan qalmaq istəmir”.
Qeyd edək ki, bir müddət əvvəl bir neçə ölkədə “Pokemon GO” oyununa qanunvericiliklə müxtəlif səviyyələrdə qadağaların qoyulmasına çağırışlar olub.