Qazaxıstanda silahlı qarşıdurma. Ölənlər var

REUTERS/Shamil Zhumatov
Qazaxıstanın ən böyük şəhəri olan Almatıda  silahlı atışma nəticəsində iki polis əməkdaşı  həlak olub. Bu barədə Reuters xəbər agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən yazır.
Məlumatda o da qeyd olunur ki, Qazaxıstan daxili işlər nazirliyinin əməkdaşlarına şəhərdə antiterror əməliyyatına başlayıb.
Xatırladaq ki, iyunun əvvəlində Aktobe şəhərində polis əməkdaşları ilə silahlı sələfi qruplaşması arasında baş verən silahlı qarşıdurma nəticəsində onlarla insan həlak olmuşdu.

 

Əvvəlki məqaləTeatrın 88-ci mövsümünün yekunları müzakirə ediləcək
Növbəti məqalədəBeyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qaz verilib