Rus idmançılara Rio 2016 şoku

İdman arbitraj məhkəməsi (CAS) Rusiya Olimpiya komitəsinin və 68 idmançısının Olimpiyada iştirak üçün etdiyi müraciəti rədd edərək, qərarı qüvvədə saxlayıb.
Bununla belə, rus yüngül atletlərinin Rio 2016 Olimpiya Oyunlarında iştirak etməsinə verilən qadağa qərarı qüvvədə qaldı.
Ötən ilin noyabr ayında rus idmançılarında geniş yayılmış və Rusiya dövləti tərəfindən dəstəkləndiyi iddia olunan doping dəlilləri aşkarlanandan sonra Beynəlxalq atletika federasiyası Rusiyanın atletika federasiyasının fəaliyyətini dayandırmışdı.