Rusiyada kasıbların sayı artıb

Rusiya əhalisinin 41%-i qida və geyim təmin etməyə pulunun olmadığını etiraf edir.
Bu göstərici “Ali İqtisadiyyat Məktəbi” (Высшая школа экономики) monitorinqi nəticəsində əldə edilib. Subyektiv kasıblıq göstəricisi də 19%-ə qədər yüksəlib. Monitorinqin digər nəticəsinə görə isə, iyun ayında maddi vəziyyətini “pis” və ya “çox pis” olaraq qiymətləndirənlərin də sayı artaraq 23%-i  keçib.