Salyanda yol qəza hadisəsi baş verib – Yaralılar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Salyan rayonunun Marışlı kəndi ərazisində “KamAZ” markalı yük maşını ilə “Mercedes Vita” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Abadkənd kənd sakini, 1975-ci il təvəllüdlü Murad Nadir oğlu Ağamalıyev kəllə-beyin travması, avtomobildə olan sərnişin, Yenikənd kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Xanlar qızı Rzayeva isə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.