“Siri” 1 yaşlı qızın həyatını xilas edib

Səsli köməkçi “Siri” bir yaşlı uşağın nəfəs almadığını görən avstraliyalı Stacey Gleeson-a (Steysi Qlison) həkim çağırmaqda kömək edib. Bu barədə Yahoo News məlumat verib.
Radiodayənin köməyi sayəsində Gleeson uşağının göyərdiyini və nəsəf ala bilmədiyini görür. Panika halında o smartfonunu əlindən düşürür, amma özünü itirmir və qışqırır: “Siri, təcili yardım çağır”.
Həkimlər vaxtında çatır. Anasının sözlərinə görə, indi, uşağın həyati təhlükəsi yoxdur.
2015-ci ilin avqustunda Siri, öz yük maşınını təmir edərkən altında qalan 18 yaşlı amerikalıya da təcili yardım çağırıb. Zərərçəkən kömək çağırsa da onun ətrafında heç kim olmayıb.
Onda o, hərəkət etməyə başlayıb və arxa cibində olan telefonunu (iphone) aktivləşdirib və Siridən ona həkim çağırmasını xahiş edib.
Siri – İOS istifadəçiləri üçün qadın səsi ilə suallara cavab verən və məsləhətlər verən şəxsi köməkçidir. Sistem istifadəçilərin seçimlərini öyrənir və onların hər birinə individual olaraq uyğunlaşır.
Tərcümə: Elnur
Əvvəlki məqaləXomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi
Növbəti məqalədəAZAL lizinqlə təyyarələr almağa hazırlaşır