“Sosial şəbəkələrdə yazılanlar əsassızdır” – baş həkim

Son günlərdə Sumqayıt şəhər Onkoloji Dispanserin vəziyyəti mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Redaksiyamıza da bu mövzuda bəzi şikayətlər daxil olub.
“Salam. Sumqayıt şəhər Onkoloji Dispanserin vəziyyətini, xahiş edirəm ictimailəşdirəsiniz ki, lazımi tədbirlər görülsün. Anti-sanitariya, murdarçılıq, xəstəxananın kolidorlarından gələn kəskin sidik iyi, gecələr siçovulların və sürü şəklində tarakanların hücumu milləti boğaza yığıb. Həkimlər tibb geyimləri bolkan rəngləyir, sonra da xəstələri o kirli geyimləri ilə müayinə edirlər. Fotoları bu gün saat 11:30 çəkmişəm. Yalandan xəstəxananın çöl tərəfinə 2 vedrə emusiya çəkiblər. Amma palatalara girəndə adamın ürəyi bulanır.
Bir sözlə, Sumqayıt şəhər Onkoloji Dispanserinə sağlam adam girsə xəstəliyə yoluxur”. (ardı aşağıda)
13680592_10209850453840099_2936709668819075390_n
13680734_10209850452440064_8100565288043854828_n
13775364_10209850452560067_2898170925243837200_n
13876687_10209850452880075_8609211043495161483_n
Sözügedən dispanserə vəziyyəti işıqlandırmaq üçün baş çəkdik. Çəkiliş üçün icazə verilməsə də, baş həkim Murad Məmmədov suallarımızı cavablandırdı. O, Mart ayından bu dispanserə baş həkim təyin olunduğunu, bir neçə aydır ki, dispanserdə təmir işləri getdiyini bildirdi.
“Əvvəl xəstəxananın birinci mərtəbəsində hamam-tualet yox idi, təkcə ikinci mərtəbədə və çöldə çox əlverişsiz bir tualet var idi. Onun da vəziyyəti məlumdur.
Xəstəxanaın təmir üçün bağlanması mümkün deyil, çünki bu dispanser Sumqayıtla yanaşı şimalda yerləşən 7 rayona da xidmət göstərir. Xəstəxananın köçürülməsi isə xəstələrin vəziyyətinin ciddiliyi, təhlükəsizliyi üçün əlverişli deyil. Buna görə də, təmir işlərinə birinci mərtəbədən başladıq. Hazırda xəstə və həkimlərin sayının az olmalı ilə əlaqədar ikinci mərtəbənin də təmirinə başlamışıq.
Kanalizasiya, su boruları, işıq xətləri yenidən qurulur. Gördüyünüz kimi təmir işləri davam edir. Təxminimizə görə bütün təmir işləri 2017-ci ilin Yanvar ayına qədər başa çatacaq.”
Murad Məmmədovun dediklərinə görə təmir işləri xəstələr üçün heç bir problem yaratmır. Onların təhlükəsizliyi üçün hər bir şərait yaradılır. Sosial şəbəkələrdə yayılanlar isə qərəzli və əsassızdır.
2016-05-13 20.00.55 20160411_091638 20160411_091654 20160411_091745 20160725_142351 20160725_142507 20160725_142835 IMG-20160725-WA0013 IMG-20160725-WA0020